"Milan" kapitanını satmağa hazırlaşır

19:56 - 25 Fevral 2025

"Milan" kapitanı Teo Ernandeslə yollarını ayıra bilər.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi fransız sol cinah müdafiəçisi ilə yeni müqavilənin şərtlərini razılaşdıra bilmir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Teo yeni sözləşmə üçün klubdan yüksək maaş tələb edir. "Milan" rəhbərliyi həm maaş amilini, həm də 27 yaşlı futbolçunun son oyunlarda göstərdiyi performansı nəzərə alaraq yayda onu satışa çıxaracaq.

Qeyd edək ki, "Milan" Teo Ernandesi 2019-cu ilin yayında "Real"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti