"Bavariya"dan Kimmixə yeni müqavilə təklifi

00:08 - 26 Fevral 2025

"Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix yeni müqavilə imzaladıqdan sonra maaş artımı alacaq. 2028-ci ilə qədər klubla olan sözləşməsini uzatmağa yaxın olan alman futbolçu ilə yaxın günlərdə masa arxasına keçiləcəyi gözlənilir.

Sportal.az xəbər verir ki, "Ran" nəşrinin məlumatına görə, yeni müqaviləyə əsasən 30 yaşlı futbolçunun illik maaşı 19 milyon avrodan 22 milyon avroya yüksələcək. O, komandadakı ən yüksək maaş alan futbolçular arasında üçüncü yeri tutacaq.Harri Keyn və Cemal Musiala hər mövsüm üçün 25 milyon avro qazanır.

Bundan əlavə, Kimmix imza bonusu da əldə edəcək, lakin bu məbləğ Alfonso Devisin aldığı bonusdan daha az olacaq. Bu fərq,əsasən oyunçuların yaş fərqi ilə izah olunur. Daha əvvəl Devisin müqaviləni uzatdığı üçün 22 milyon avro birdəfəlik ödəniş aldığı bildirilmişdi. 

Xəbər xətti