İstanbul nəhənglərinin transfer mübarizəsi

17:31 - 30 May 2025

Gələn ay "Bavariya" ilə müqaviləsi başa çatan Leroy Sane ilə Avropanın bir neçə klubu yaxından maraqlanır.

Sportal.az xəbər verir ki, "Qalatasaray" və "Fənərbaxça" da azad agent statusunda olacaq almaniiyalı vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul klubları Sane ilə danışıq aparır. 29 yaşlı futbolçu üçün "Tottenhem" də transfer yarışının içindədir.

Qeyd edək ki, Leroy Sane başa çatan mövsümdə "Bavariya"nın heyətində meydana çıxdığı 45 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti