"Liverpul" "Bayer"in futbolçusu Florian Virtsi transfer etməkdə israrlıdır.
Sportal.az xəbər verir ki, İngiltərə çempionu almaniyalı hücumameyilli yarımmüdafiəçi üçün onun klubuna 130 milyon avroluq rəsmi təklif göndərib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Virts özü "Liverpul"da oynamaq istəyir. Klubların razılıq əldə etməyə yaxın olduğu bildirilir.
Qeyd edək ki, "Bayer" Florian Virtsi 2020-ci lin yanvar ayında "Köln"ün akademiyasından transfer edib. Almaniya millisinin üzvü olan 22 yaşlı futbolçu ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 16 qol və 15 məhssuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi