"Arsenal"ı "Flamenqo"ya dəyişdi - RƏSMİ

12:25 - 7 İyun 2025

"Arsenal"ın futbolçusu Jorjinyo Braziliyada çıxış edəcək.

Sportal.az xəbər verir ki, İtaliya millisinin üzvü "Flamenqo"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Jorjinyo başa çatan mövsümdə "Arsenal"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti