Ölkə prezidenti tarixi uğura biganə qalmadı

13:55 - 7 İyun 2025

Özbəkistan milli komandası ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, ölkə rəhbərliyi bu tarixi uğura biganə qalmayıb.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev milli komandanın futbolçularını və baş məşqçi Timur Kapadzeni DÇ-2026-nın final mərhələsinə yüksəldiklərinə görə “Özbəkistanın fəxri” adı ilə təltif edib. Bundan başqa, Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Ravşan İrmatov “Fədakar xidmətə görə”, komandanın məşqçilər korpusunun üzvləri isə “Dostluq” ordeni ilə təltif edilib.

Ölkə prezidentinin sərəncamı ilə bütün futbolçulara həmçinin, Çin istehsalı olan BYD markalı avtomobil hədiyyə olunub.

Qeyd edək ki, Özbəkistan millisi DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsinin 9-cu turunda səfərdə Birləşmiş Ərəb Əmirlikləri yığması ilə 0:0 hesablı heç-heçə edib. Özbəklər sona bir tur qalmış dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

Xəbər xətti