Türk futbolçu PSJ-nin hədəfində

18:30 - 7 İyun 2025

"Real"ın futbolçusu Arda Güler karyerasını Fransada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, PSJ türk yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "El Nacional" məlumat yayıb.

Parislilərin baş məşqçisi Luis Enrike Ardanın xidmətində maraqlıdır. PSJ 20 yaşlı oyunçu üçün İspaniya klubuna təklif göndərəcək.

Qeyd edək ki, "Real" Arda Güleri 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü ötən mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti