“Barselona” Mark-Andre ter Ştegenə klubdan ayrılması üçün kompensasiya təklif edəcək.
Sportal.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, Kataloniya klubu “Espanyol”dan Joana Qarsiyanı transfer etməyi və Vojçex Şensnini komandada saxlamağı etməyi planlaşdırır.
Buna görə “Barselona” ter Ştegenə müqaviləni pozması üçün gələn mövsümün maaşına bərabər kompensasiya təklif etməyi planlaşdırır ki, o, sərbəst futbolçu kimi istənilən klubla danışıqlar aparmaq imkanı qazansın.
Klub rəhbərliyi potensial transferi ləngitməmək üçün transfer haqqından imtina etməyə və müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədə olan oyunçunun razılığını almaq üçün ona kompensasiya ödəməyə hazırdır.
saytlarin hazirlanmasi