Qadınlar arasında futbol üzrə Avropa çempionatı yekunlaşıb.
Sportal.az xəbər verir ki, qitə birinciliyinin qalibi İngiltərə milli komandası olub.
Finalda İspaniya yığmasını penaltilər seriyasında məğlub edən britaniyalılar kuboka sahib çıxıblar.
Bununla İngiltərə futbolçularının tarixdə ikinci çempionluğu rəsmiləşib.
Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb, əlavə vaxtda qapılara qol vurulmayıb.
Xatırladaq ki, 25 gün davam edən AÇ İsveçrənin 10 stadionunda keçirilib. 8 şəhərdə baş tutan yarışlarda 16 milli komanda 4 qrupda mübarizə aparıb.
4 ildən bir keçirilən Avropa çempionatının sonuncu qalibi İngiltərə yığmasıdır.
saytlarin hazirlanmasi