"Liverpul" bu hücumçu üçün 138 milyon avro təklif edəcək

15:21 - 28 İyul 2025

"Liverpul" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İngiltərə çempionunun əsas hədəfi "Nyukasl"da çıxış edən Aleksandr İsakdır. Bu barədə insayder Saşa Tavolieri məlumat yayıb.

"Qırmızılar" isveçli forvard üçün yüksək məbləğdə təzmminat ödəməyə hazırdır. "Liverpul" 25 yaşlı futbolçu üçün onun klubuna 138 milyon avro və bonuslardan ibarət təklif göndərəcək.

Qeyd edək ki, "NNyukasl" Aleksandr İsakı 2022-ci ilin yayında "Real Sosyedad"dan transfer edib. İsveç millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 27 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti