“Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi

11:49 - 28 İyul 2025

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Aris” - “Araz-Naxçıvan” görüşünü yayımlayacaq kanal bəlli olub.

Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisinin matçını "İdman TV" canlı yayımlayacaq.

İyulun 31-də Salonikidə keçiriləcək görüşə Bakı vaxtı ilə 22:15-də start veriləcək.

Qeyd edək ki, Bakıda matçda "Araz-Naxçıvan" 2:1 qalib gəlmişdi.

Xəbər xətti