"Beşiktaş"ın müdafiəçisi "Dinamo"da - RƏSMİ

16:52 - 28 İyul 2025

"Beşiktaş"ın müdafiəçisi Baxtiyor Zaynutdinov karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Dinamo" qazaxıstanlı futbolçunu transfer edib. Bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Rusiya klubu Zaynutdinov üçün "Beşiktaş"a 2,8 milyon avro təzminat ödəyəcək. 27 yaşlı sol cinah müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Beşiktaş"  Baxtiyor Zaynutdinovu 2023-cü ilin yayında Moskva ÇSKA-sından transfer etmişdi. Qazaxıstan millisinin üzvü ötən mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti