"Sumqayıt"dan ayrılan Giorgi Kharaişvili ölkəsinə qayıdıb.
Sportal.az xəbər verir ki, gürcü yarımmüdafiəçi Tbilisi "Dinamo"su ilə anlaşıb. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
28 yaşlı futbolçu yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Giorgi Kharaişvili ötən mövsüm "Sumqayıt"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi