"Sabah"ın rəqibi qələbə qazandı

10:47 - 28 İyul 2025

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Petrokub” Moldova Superliqasının 6-cı turunun oyununu keçirib.

Sportal.az xəbər verir ki, Şota Maxaradzenin rəhbərlik etdiyi kollektiv doğma meydanda “Daçiya-2”yə qalib gəlib (2:1).

Xatırladaq ki, “Sabah” – “Petrokub” (ilk oyun – 2:0) cavab oyunu iyulun 31-də Masazırdakı “Bank Republika Arena” stadionunda keçiriləcək və görüşə 20:00-da start veriləcək.

Xəbər xətti