Millimizin İslandiya və Fransa ilə ev oyunlarının yeri məlum oldu

11:17 - 28 İyul 2025

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.

Sportal.az xəbər verir ki, D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da baş tutacaq.

Millimizin Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Hər iki matça saat 21:00-da start veriləcək.

Xəbər xətti