"İmişli"nin hazırlıq planında dəyişiklik - Qəbələyə yollandı

22:50 - 28 İyul 2025

Yay təlim-məşq toplanışını Bakıda keçirməyi planlaşdıran "İmişli"nin hazırlıq planında dəyişiklik baş verib.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, bölgə təmsilçisi toplanış məqsədi ilə bu gün Qəbələyə yola düşüb.

Bununla da kollektiv avqustun 3-dək əyalətdə məskunlaşacaq. "İmişli" Qəbələ şəhər stadionunda yerli komanda və "Karvan"la yoxlama görüşlərində qüvəsini sınayacaq.

Xəbər xətti