"Arsenal"ın futbolçusu "Ştutqart"a keçə bilər

20:15 - 4 Avqust 2025

"Arsenal"ın yarımmüdafiəçisi Fabio Vieyra karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Ştutqart" portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Almaniya klubu Vieyra üçün "Arsenal"a rəsmi təkliflə müraciət edib. Klublar arasında 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlar davam edir.

Qeyd edək ki, Fabio Vieyra ötən mövsüm icarə əsasında "Portu"nun formasını geyinib. O, Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti