Timoti Vea “Marsel”ə transfer olunub.
Sportal.az xəbər verir ki, Fransa klubu “Yuventus”un vingerini icarəyə götürdüyünü rəsmən açıqlayıb.
"L’Équipe"nin məlumatına görə, Turin klubu bu müqavilədən 1 milyon avro qazanacaq. Müqavilədəki məcburi satınalma şərti aktivləşdirildikdən sonra “Marsel” əlavə olaraq 14 milyon avro ödəyəcək, həmçinin 3 milyon avro bonus da nəzərdə tutulub.
Qeyd edək ki, Veа “Yuventus”da iki mövsüm keçirib və A Seriyasında 60 oyuna 5 qol vurub.
saytlarin hazirlanmasi