İran yığmasının forvardı, "Traktor"un sabiq üzvü Azərbaycan klubunda

11:36 - 7 Avqust 2025

Azərbaycan I Liqasında çempionluğa iddialılardan olan “Şəfa” heyətini gücləndirib.

Sportal.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi Amir Ebrahimzadehlə anlaşıb.

21 yaşlı mərkəz hücumçusu yaxın günlərdə “Şəfa”nın düşərgəsinə qoşulacaq. 

“Traktor”un yetirməsi olan Ebrahimzade əsas komandada da çıxış edib. Onun son klubu isə “Aluminium Arak” olub.

"Şəfa" onunla 1 illik müqavilə imzalayacaq. Amir İranın U-16, U-19, U-20 və U-23 yığmasında da çıxış edib.

Mirbağırağa


Xəbər xətti