Cahangir Fərəcullayev tapşırıq verdi, "Səbail"in stadion məsələsi həll olundu - AFFA-dakı görüşün TƏFƏRRÜATLARI

18:14 - 14 Avqust 2025

Bir müddət əvvəl mətbuatda "Səbail"in Bayıl stadionundan çıxarıması ilə bağlı xəbərlər yayılsa da, məlumatlar təsdiqini tapmadı. "Səbail" toplanışa eyni arenada başladı, növbəti mövsümü də bu stadionda keçirəcək. 

Bu söhbətlərin haradan qaynaqlandığını araşdırarkən maraqlı faktlar öyrənə bildik. Sportal.az-ın əldə etdiyi məlumata görə, "Səbail" həqiqətən də stadion məsələsində problemlərlə üzləşib. Belə ki, AFFA tərəfindən meydançanın istifadəsi üçün təyin olunan məbləğ "Səbail" üçün baha gəlib. Premyer Liqada yerini itirən klubun büdcəsi xeyli azaldığından federasiyanın tələbini qarşılamaq mümkün olmayıb. 

"Səbail" klubunun direktoru Firuz Abdulla bu məsələ ilə bağlı baş katibin görüşünə gedib. Qarşı tərəfi dinləyən, vəziyyətlərinə agah olan Cahangir Fərəcullayev qiymətin aşağı salınması üçün tapşırıq verib, hər iki tərəf üçün uyğun məbləğdə razılıq əldə edilib.

Xəbər xətti