Adı "Beşiktaş"la hallanan Ceydon Sanço Türkiyədə oynamaq istəmir.
Sportal.az xəbər verir ki, ingiltərəli vinger karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Roma" Sançonu transfer etmək istəyir. Paytaxt klubu 25 yaşlı futbolçu üçün "qırmızı şeytanlar"a 20 milyon funt-sterlinqlik rəsmi təklif göndərib.
Qeyd edək ki, Ceydon Sanço ötən mövsüm icarə əsasında "Çelsi"nin formasını geyinib. İngiltərə millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi