"Sabah"ın "Levski"yə məğlub olduğu matç - GENİŞ İCMAL

23:00 - 14 Avqust 2025

"Sabah" bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsində cavab görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşçqisi olduğu klub "Levski"ni qəbul edib.

Qarşılaşma Bolqarıstan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah" - "Levski" cütünün qalibi pley-off mərhələsində "AZ Alkmaar" (Niderland) - "Vaduts" Lixtenşteyn) duelinin güclüsü ilə qarşılaşacaq.

UEFA Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunu

20:00 "Sabah" (Azərbaycan) - "Levski" (Bolqarıstan) 0:2
Qollar: 
Radoslav Kirilov, 40, Mazir Sula, 87
ilk oyun: 0:1

Xəbər xətti