"Qalatasaray" "Kayserispor"u səfərdə darmadağın etdi - VİDEO

01:25 - 25 Avqust 2025

Türkiyə Super Liqasında III turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, son çempion “Qalatasaray” səfərdə “Kayserispor”la üz-üzə gəlib. “Sarı-qırmızılılar” rəqibini 4 cavabsız qolla darmadağın edib - 4:0.

Qeyd edək ki, "Qalatasaray" 3 turdan sonra 9 xalla 1-ci pillədə qərarlaşıb.

Türkiyə Super Liqası
III tur

22:30. Kayserispor - Qalatasaray 0:4

Qollar: E.Elmalı,36, 46, V.Osimhen,86, L.Sane,90+3

Xəbər xətti