Premyer Liqa klubu 70 milyon təklif etdi, klubu buraxmadı

12:49 - 25 Avqust 2025

“Tottenhem” istədiyi transferi reallaşdıra bilməyib.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “Komo” ispan futbolçunu İngiltərə klubuna buraxmayıb.

London təmsilçisi 20 yaşlı argentinalı üçün 70 milyon avro təklif etsə də, imtina cavabı alıb. Futbolçunun özü də, komandanı tərk etmək istəməyib. O, “Real”a geri qayıtmaq haqda düşünür.

Pas ötən mövsüm 35 görüşdə 6 qol vurub, 9 asist edib. Onun “Komo” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
 

Xəbər xətti