"Mançester Yunayted"in 20 yaşlı futbolçusu komandanı tərk edə bilər

23:37 - 25 Avqust 2025

Kobbi Maynu yayda "Mançester Yunayted"i tərk edə bilər.

Sportal.az xəbər verir ki, "Talksport"un məlumatına görə, 20 yaşlı ingilis yarımmüdafiəçi uyğun təklif olduğu halda klubdan ayrılmaq variantını nəzərdən keçirəcək.

Maynu Premyer Liqanın cari mövsümündə "qırmızı şeytanlar"ın ilk iki oyununda meydana çıxmayıb. O, klubla yeni müqavilə də imzalamayıb, mövcud anlaşması isə 2027-ci ildə başa çatır.

Daha əvvəl bildirilmişdi ki, Maynu ilə "Çelsi" maraqlanır. Ötən mövsüm futbolçu Premyer Liqada "Mançester Yunayte"in heyətində 25 oyun keçirib.

Xəbər xətti