Futbol üzrə Niderland çempionatında 4-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" səfərdə “Go Ahead Eagles” komandasına 0:3 hesabı ilə uduzub. Kökçü bütün qollar vurulduqdan sonra, 62-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, hazırda “Volendam” 4 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi