"Qalatasaray"ın sabiq futbolçusu 1-ci liqa klubuna keçə bilər

12:22 - 14 Sentyabr 2025

Mərakeş millisinin keçmiş üzvü Nordin Amrabat Türkiyəyə geri qayıda bilər.

Sportal.az xəbər verir ki, 38 yaşlı futbolçu 1-ci liqa təmsilçisi olan “Iğdır”ın maraq dairəsindədir.

Təcrübəli futbolçu özü hazırkı komandası olan “Vidad”dan ayrılaraq Türkiyə klubuna keçməyə hazırdır.

Amma transferin nə vaxt baş tutacağı bəlli deyil.

Amrabat “Venlo”, PSV, “Kayserispor”, “Qalatasaray”, “Malaqa”, “Uotford”, “Leqanes”, “Əl-Nəsr”, AEK, “Hall Siti” klublarında oynadıqdan sonra “Vidad”a keçib.
 

Xəbər xətti