Futbol üzrə Azərbaycan II Liqasında II turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün "Şəmkir" doğma meydanda "Dinamo"nu qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Şəmkir" 2 turdan sonra 6 xal toplayıb. "Dinamo" isə hər iki matçda məğlub olub.
"Şəmkir" - "Dinamo" 3:0
Qollar: C.Rəhimli, 10, T.Məmmədzadə, 16, C.Rəcəbli, 22