"Ümid edirəm ki, ən yaxşı oyunlarımızdan birini oynayacağıq" - Kadi Borges

23:14 - 15 Sentyabr 2025

"Benfika" UEFA Çempionlar Liqası Liqa mərhələsinin ilk turu çərçivəsində sabah saat 23:00-da doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Kadi Borges oyundan öncə keçirilən mətbuat konfransında jurnalsitlərin suallarını cavablandırıb:

"Məşqçimizin də bildirdiyi kimi, oyuna tam yaxşı hazırlaşa bilmədik. Lakin biz futbolçular olaraq hazırıq, çünki bizim arzumuz idi burada oynamaq. Ümid edirəm ki, ən yaxşı oyunlarımızdan birini oynayacağıq".

- Heyətinizdə vaxtı ilə Portuqaliyada oynayan bir neçə futbolçu var. Bu amilin sizə "Benfika" ilə matçda köməyi olacaqmı?

- Əslinə qalsa, heyətimizdə Portuqaliyada çıxış edən futbolçular olub, amma əsas liqada oynamayıblar. Ona görə də bu amilin bizə hər hansı bir köməyi dəyəcəyinə inanmıram. Lakin biz illərdir avrokuboklarda oynayırıq və çətin oyunlarda necə davranmaq lazım olduğunu bilirik.

- Bildiyiniz kimi, Qurban Qurbanov 17 ildir komandaya rəhbərlik edir. Artıq "Qarabağ"da bir oyun fəlsəfəsi var. Necə düşünürsüz, bu matçda da eyni fəlsəfəyə sadiq qalacaqsınızmı?

- Həmişə oyun fəlsəfəmizə sadiq qalmışıq. Düşünürəm ki, bu matçda da elə olacaq. Bu biz futbolçular üçün çox vacibdir.

- Çempionlar Liqasının əsas mərhələsində siz özünüz ilk dəfədir çıxış edəcəksiniz...

- Həmişə bildirmişəm ki, mənim üçün ən önəmli matç növbəti oynayacağımız qarşılaşmadır. Yarışın böyüklüyünü nəzərə alsaq, növbəti matçımızın çox vacib olacağını əminliklə deyə bilərəm. "Benfika"nı yaxşı analiz etdiyimizi düşünürəm. Əlimizdən gələnin yaxşısını etməyə çalışacağıq.

Orxan Həsənquluyev

Xəbər xətti