Yamal "Nyukasl"a qarşı oynaya biləcək?

23:06 - 16 Sentyabr 2025

Lamin Yamal zədə səbəbindən “Nyukasl”la oyunda iştirak etməyəcək.

Sportal.az xəbər verir ki, daha əvvəl “Barselona”nın vingeri qasıq nahiyəsindəki narahatlıq üzündən La Liqanın 4-cü turunda “Valensiya”ya qarşı keçirilən oyunu (6:0) buraxmışdı. Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik bildirib ki, futbolçu İspaniya yığmasının oyunlarında ağrı hiss edərək çıxış edib.

Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda keçiriləcək "Nyukasl" - "Barselona" matçı sentyabrın 18-i saat 23:00-da start götürəcək.

Xəbər xətti