"Qalatasaray"ın sabiq futbolçusu Niderlanda qayıdır

13:40 - 23 Sentyabr 2025

"Qalatasaray"ın sabiq futbolçusu Hakim Ziyeş Niderlanda qayıdır.

Sportal.az xəbər verir ki, PSV mərakeşli vingerin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Ziyeş Eyndheven təmsilçisində oynamağa isti yanaşır. Azad agent statusunda olan 32 yaşlı oyunçu yaxın günlərdə PSV ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Hakim Ziyeş bu ilin yanvar ayında "Qalatasaray"dan Qətərin "Əl-Duhail" klubuna keçmişdi. Təcrübəli futbolçu Niderlandda "Herenven", "Tvente" və "Ayaks"ın da formasını geyinib.

Xəbər xətti