"Arsenal"ın yeni transferi zədələndi - 2 ay oynamayacaq

14:06 - 23 Sentyabr 2025

İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Noni Madueke sıradan çıxıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

İngiltərəli vinger Premyer Liqanın 5-ci turunun "Mançester Siti" ilə matçında (1:1) dizindən zədələnib. 23 yaşlı ön xətt oyunçusu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Arsenal" Noki Maduekeni bu ilin iyul ayında "Çelsi"dən 56 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü London təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti