AFFA rəhbərliyi Parisdə Azərbaycan səfiri ilə görüşdü - FOTO

18:15 - 9 Oktyabr 2025

AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüşüblər.

Sportal.az xəbərverir ki, Leyla Abdullayeva 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına qarşı keçiriləcək oyunda milli komandamıza uğurlar arzulayıb.

Görüş zamanı səfirə Azərbaycan milli komandasının forması hədiyyə olunub.


Xəbər xətti