U-20 yığmaları arasında Çilidə keçirilən dünya çempionatında finalın adı bəlli olub.
Sportal.az xəbər verir ki, həlledici oyunda Argentina və Mərakeş yığma komandaları qarşılaşacaq.
Final matçı oktyabrın 20-də baş tutacaq.
Argentina yarımfinalda Kolumbiyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Mərakeş isə əsas vaxtı 1:1 bitən qarşılaşmada Fransanı penaltilər seriyasında üstələyib.
saytlarin hazirlanmasi