APEOL “Qarabağ” və milli komandamızın futbolçusunu istəyir

13:22 - 16 Oktyabr 2025

"Qarabağ" və Azərbaycan milli komandasının müdafiəçisi Abbas Hüseynov Kipr klublarının maraq dairəsindədir. 

Əslində, Kipr klubları millimizin üzvünü yayda heyətinə qatmaq istəyib. Lakin Hüseynov "Qarabağ"da qalmağa üstünlük verib. 

Sportal.az saytına verilən məlumata görə, “Aris”(Limassol) və APEOL Abbası indi də izləyir və onun transferi üçün qışda, ən pis halda isə yayda "Qarabağ"a müraciət edəcək. 

Əlavə edək ki, 30 yaşlı futbolçusunun "Qarabağ"la müqavilə müddəti 2027-cı il iyunun 30-na qədərdir.

Mirbağırağa

Xəbər xətti