"Qalatasaray"ın sabiq futbolçusu Ceyson Denayerin klubsuz günləri başa çata bilər.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, belçikalı müdafiəçiyə Rusiya klublarından təklif gəlib.
"Akron" Denayeri heyətinə qatmağı planlaşdırır. Tolyatti təmsilçisi 30 yaşlı futbolçu ilə ilkin danışıqlara başlayıb və onu razı sala bilib.
Ceyson “Mançester Siti”, “Seltik”, “Qalatasaray”, “Sanderlend”, “Lion”, “Şabab Əl-Əhli”, “Əl-Fateh” klublarında oynayıb.