"Mançester Siti" milli üzvü üçün 75 milyon funt-sterlinq təklif edəcək

16:29 - 16 Oktyabr 2025

"Nottingem Forest"in futbolçusu Elliot Anderson Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Siti" ingiltərəli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Daily Express" məlumat yayıb.

"Şəhərlilər" Andersonu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. "Mançester Siti" 22 yaşlı ön xətt oyunçusu üçün onun klubuna 75 milyon funt-sterlinqlik təklif göndərəcək.

Qeyd edək ki, Ellion Andersonu 2024-cü ilin yayında "Nyukasl"dan transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızılar"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti