Məşhur futbolçu iti yoxa çıxdığı üçün klubundan ayrıldı - RƏSMİ

10:08 - 1 Noyabr 2025

Aaron Remzi Meksikanın "Pumas" klubundan ayrılıb.

Sportal.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Uelsli yarımmüdafiəçi klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. 34 yaşlı futbolçu artıq azad agent statusundadır.

Remzinin ayrılığının səbəbi maaraqlıdır. Təcrübəli bir həftə əvvəl oyunçu iti yoxa çıxdığı üçün Meksika klubundan ayrılıb. O, ölkəsinə qayıdıb.

Qeyd edək ki, Aaron Remzi bu ilin yayında "Pumas"a keçmişdi. Uels millisinin üzvü komandanın heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti