"Zalzburq"un futbolçusu Kerim Alaybeqoviç karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" bosniya və herseqovinalı vingeri transfer etmək istəyir. Bu barədə "Defensa Central" məlumat yayıb.
İspaniya nəhəngi Alaybeqoviçi gələn ilin yayında heyətinə qatmağa çalışacaq. 18 yaşlı ön xətt oyunçusu ilə "Mançester Yunayted" və "Çelsi" də maraqlaanır.
Qeyd edək ki, "Zalzburq" Kerim Alaybeqoviçi mövsümün əvvəlində "Bayer"dən 2 milyon avroya transfer edib. Bosniya vəə Herseqovina millisinin üzvü olan gənc futbolçu Avstriya təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
