"CBC Sport"un 10 yaşı tamam olur

14:03 - 1 Noyabr 2025

Bu gün Azərbaycanın aparıcı idman kanallarından biri olan "CBC Sport" fəaliyyətinin 10 illiyini qeyd edir.

2015-ci ildə efirə başlayan kanal bu illər ərzində yerli və beynəlxalq idman yarışlarının peşəkar şəkildə yayımlanması ilə tamaşaçı rəğbətini qazanıb. Kanal idmanın təbliği, gənclərin idmana marağının artırılması və Azərbaycan idmanının uğurlarının işıqlandırılmasında mühüm rol oynayıb.

Sportal.az saytının kollektivi "CBC Sport"u 10 illik yubileyi münasibəti ilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayır.

Xəbər xətti