Almaniya milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəşçi Yozua Kimmix sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
"Bavariya"nın futbolçusu yığmanın məşqi zamanı sağ ayaq topuğundan zədələnib. Kimmix komanda ilə Lüksemburqa aparılsa da, meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Lüksemburq - Almaniya qarşılaşması sabah keçiriləcək. Yulian Naqelsmannın rəhbərlik etdiyi kollektiv ayın 17-də isə öz meydanında Slovakiya seçməsini qəbul edəcək.
saytlarin hazirlanmasi
