Futbol üzrə Xorvatiya çempionatında 17-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" səfərdə "Vukovar 91"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Rüfət bu matçda iştirak etməyib. 24 yaşlı yarımmüdafiəçi sona qədər ehtiyatda qalıb.
17 turdan sonra 23 xal toplayan "Varajdin" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
