“Real”ın baş məşqçisi Xabi Alonso komandadakı durumundan danışıb.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, “kral klubu” sabah "Alaves"ə qalib gələ bilməsə, klub onunla yollarını ayıracaq. İspan mütəxəssis yayılan xəbərlərə belə münasibət bildirib:
“Gələcəyim təhlükədədirmi? Ən vacib şey komanda və klubdur. Güclü rəqibə qarşı vəziyyəti dəyişmək istəyirik. Uzun illərdir futboldayam və artıq məni heç nə təəccübləndirmir. Bu, əvvəllər də baş verib və yenə də baş verəcək. Biz bunu məsuliyyətlə qəbuı etməli və vəziyyəti dəyişdirmək üçün çalışmalıyıq”.
"Real" 16 matçdan 36 xalla 2-ci pillədədir. "Barselona" 40 xalla liderdir.
saytlarin hazirlanmasi
