“Fluminense”nin 41 yaşlı müdafiəçisi Tyaqo Silva "Milan"a qayıtmaq istəyir.
Sportal.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, Braziliya klubunun futbolçusu bu barədə menecerini, o isə İtaliya klubunu məlumatlandırıb. Braziliyalı DÇ-2026-ya tam hazırlaşmaq üçün altı ay Avropada oynamaq niyyətindədir.
“Milan”ın isə Tyaqonun geri dönüşü ilə bağlı tərəddüd etdiyi bildirilir.
Əsas səbəblər onun yaşı və hazırkı mərkəz müdafiəçisi üçlüyündə oynamaq istədiyi roldur.
41 yaşlı futbolçu 2009-2012-ci illərdə "Milan"ın formasını geyinib. O, bundan savayı "Yuventude", "Dinamo"(Moskva), PSJ, "Çelsi" komandalarda çıxış edib.
saytlarin hazirlanmasi
