Bu gün Misli Premyer Liqasında 15-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, sonuncu oyun günündə iki matç baş tutub.
Günün ilk görüşündə "İmişli" "Karvan-Yevlax"la qarşılaşacaq. Oyun bərabərliklə yekunlaşıb.
"Neftçi" isə "Sumqayıt"la üz-üzə gəlib. Burada da qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
XV tur
15 dekabr
"İmişli" - "Karvan-Yevlax" 1:1
Qollar: Dioqo Almeyda, 29 - Vadim Abdullayev, 39
Baş hakim: Kamranbəy Rəhimov
Quba OİK stadionu
19:00 "Neftçi" - "Sumqayıt" 2:2
Qollar: İmad Faraj, 34, Bassala Sambu, 50 - Nsane Simon, 74, Səbuhi Abdullazadə, 81
Baş hakim: Rauf Cabarov
“Palms Sports Arena”
