"Qarabağ" psixoloji cəhətdən düşüşdədir" - Cavid Hüseynov

13:05 - 23 Dekabr 2025

"Qarabağ"ın Çempionlar Liqasında "Ayaks"a, Misli Premyer Liqasında isə liderlik uğrunda oyunda "Sabah"a uduzması ortaya suallar çıxarır. Görəsən, "Qarabağ"da nə baş verir? 

Son yaşananları dəyərləndirmək üçün Cavid Hüseynova müraciət etdik. Sportal.az saytına açıqlama verən mütəxəssis bunu bir neçə amillə əlaqələndirdi:

"Ayaks"la oyunda əsas çətinlik ondaydı ki, hamı "Qarabağ"dan qələbə gözləyirdi. Bu da komandanın üzərində əlavə təzyiq yaradırdı. Amma həm "Ayaks"ın ortaya qoyduğu performans, həm də "Qarabağ"ın fiziki və psixoloji cəhətdən yaxşı vəziyyətdə olmaması məğlubiyyətə gətirib çıxardı. Mənim şəxsi fikrim odur ki, "Qarabağ"ı buna görə qınamaq olmaz. Belə turnirdə, belə sürətlərdə keçən yarışda bu yerlərə gəlməyin özü böyük bir uğurdur. 

O ki qaldı "Sabah"la oyundakı məğlubiyyətə, "Qarabağ" demək olar bütün komponentlərdə rəqibinə uduzdu. "Sabah" bu qələbəylə çempionluğa doğru bir addım da atmış oldu. Ümumi fikrim belədir ki, "Qarabağ" ilk növbədə psixoloji cəhətdən düşüşdədir. Bunu düzəltsələr, getdikcə nəticələr də düzələcək".

Xəbər xətti