Xəbər verdiyimiz kimi, dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Sportal.az verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib. Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi olub.
Daha sonra Prezident İlham Əliyev idmançılarla söhbət edib.
saytlarin hazirlanmasi
