Sergen Yalçın iki futbolçunun "qələmini qırdı"

19:40 - 26 Dekabr 2025

"Beşiktaş"ın iki təcrübəli futbolçusu baş məşqçi Sergen Yalçının qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.

Sportal.az xəbər verir ki, müdafiəçi Necip Uysalla qapıçı Mert Günoka özlərinə klub tapmaq göstərişi verilib. Bu barədə "qara qartallar"ın mətbuat xidməti məlumat yayıb.

Neciplə Mert klubun gələcək planlarına daxil deyil. Onlar özlərinə yeni klub tapana kimi kollektivdən ayrı məşq edəcəklər.

Qeyd edək ki, Necip Uysal "Beşiktaş"ın akademiyasının yetirməsidir. 34 yaşlı futbolçu 2009/2010 mövsümündən əsas komandada çıxış edir. Mert Günok isə 2021-ci ilin yayından İstanbul təmsilçisinin formasını geyinir.

Xəbər xətti