"Real" qışda yarımmüdafiəçi transfer edəcək?

22:04 - 26 Dekabr 2025

"Real»" rəhbərliyi Xabi Alonsonun istəyini yerinə yetirməyi planlaşdırmır.

Sportal.az "COPE"nin məlumatına görə, baş məşqçi yarımmüdafiəçi transferini istəsə də, qışda reallaşacaq yeganə transfer Endrikin icarəyə göndərilməsi olacaq.

Madrid klubunun rəhbərliyi hesab edir ki, komanda artıq kifayət qədər yaxşı və güclüdür, heyətdə yetərincə keyfiyyətli yarımmüdafiəçilər var və buna görə də yaya qədər vəsait xərcləməyi planlaşdırmır. Rəhbərlik həmçinin Tyaqo Pitarç kimi gənc futbolçulara da inanır.

Xəbər xətti