"Marsel"in sabiq baş məşqçisi Jan-Lui Qasse vəfat edib. Onun 72 yaşı var idi, ölüm səbəbi açıqlanmayıb.
Sportal.az xəbər verir ki, Qassenin son iş yeri 2025-ci ilin aprelində ayrıldığı "Monpelye" olub.
Fransız mütəxəssis "Sent-Etyen", "Bordo", "Marsel", "İstr", "Kan" klublarını və Kot-divuar yığmasını çalışdırıb, həmçinin PSJ-də və Fransa millisində Loran Blanın məşqçilər heyətində yer alıb.
Qasse Kot-divuar yığmasını Afrika Millətlər Kuboku–2023-də çalışdırmışdı. Həmin vaxt o, qrup mərhələsi zamanı komandadan ayrılmışdı, yığma isə sonda turnirin qalibi olmuşdu.
saytlarin hazirlanmasi
